
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın "Karlsrue" klubunun heyətində növbəti matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu "Bavariya" ilə yoxlama matçında forma geyinib.
46-cı dəqiqədə meydana daxil olan Nazarov qələbə topunun müəllifi olub. O, hesab 1:1 ikən təyin olunmuş penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, digər qolları "Karlsrue"dən 16-cı dəqiqədə Bubakar Barri, "Bavariya"dan isə 21-ci dəqiqədə gözəl zərbə ilə Arturo Vidal vurub.