Fevralın 5-də Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı start götürəcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamızın bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
Baş məşqçi Nazir Süleymanov 11 gün davam edəcək toplanışa 24 futbolçu dəvət edib. Onlardan 9-u "Qəbələ"nin üzvləridir. Dəvətlilər arasında Süleymanovun Avropa çempionatının seçmə qrup oyunları zamanı cəzalandırdığı Mahir Mədətovla Elnur Cəfərov yoxdur. Onlara ehtiyac duyulmamasının səbəbi isə yeni tsikldə 1998-ci il təvəllüdlü futbolçuların çıxış edəcəkləri ilə bağlıdır. Mədətovla Cəfərov isə 1997 təvəllüdlüdür.
SOYAD, AD
KLUB
Osmanov Tural
Neftçi PFK
Orucov Elnur
Qəbələ İK
Süleymanov Süleyman
Qəbələ İK
Bayramov Fuad
AZAL FK
Ələkbərli Əzəmət
Qəbələ İK
İslamov Murad
Zirə FK
Cabbarov Azər
Neftçi İB
Əhmədli Sərxan
Neftçi PFK
Zeynalov Sahil
Qəbələ İK
Seydiyev Amin
Qəbələ İK
Şirinov Əli
Neftçi PFK
Məmmədzadə Samir
Neftçi İB
Cəfərov Yusif
Zirə FK
Süleymanov Nicat
Bakı FK
Hacıyev Hacıağa
Qəbələ İK
Bayramlı Tural
Zirə FK
İbrahimli İsmayıl
AZAL FK
Baxışəliyev Baxışəli
Qəbələ İK
Yusifli Ravil
Qəbələ İK
Bayramov Malik
Zirə FK
Əliyev Elçin
Zirə FK
Fərzəliyev Zaur
Qarabağ FK
Muradov Rövlan
Qəbələ İK
Camalov Camal
İnter PİK