Qazaxıstan yığmasının sabiq baş məşqçisi Miroslav Beranek Azərbaycan milli komandası ilə oyundan söz açıb. Sportnet.az-ın məlumatına görə, çexiyalı mütəxəssis millimizə 2012-ci il Avropa çempionatnın seçmə mərhələdə Astanada 2:1 hesabı ilə qalib gəldikləri matçın qəhrəmanını xatırlayıb.
Bu, yığmada debütünü bizə qarşı edərək dubl müəllifi olan Sergey Qridindir. Həmin vaxt "Tobol"da oynayan hücumçu 2011-ci ilin iyunun 3-də keçirilən millimizlə matçdan bu yana artıq 7 klub dəyişib və hətta artıq 28 yaşında karyerasını bitirməsi mümkündür.
Qazax həmkarlarımız Qridinin belə parlaq debütündən sonra karyerasının enişdə olmasının səbəbini Beranekdən soruşublar: "Həmin vaxt Qridin mənə çox qol vurmaq baxımından çox "ac" hücumçu kimi göründü. Başla pis oynamırdı. Sergey onda çox oynamaq, artırmaq istəyirdi. Nəticədə biz onu milli komandanın təlim-məşq toplanışına çağırdıq. Qridinin dərhal özünü parlaq göstərdi və mən ona Azərabycan yığmasıyla oyunda əsas heyətdə yer verməklə risk etdim. Bu, futbolçunun millidə debütü idi. Gələcək onu göstərdi ki, Qridin təəssüf ki yaxşı keyfiyyətlərini itirdi. Yəqin ki, o, elə də çox, elə də səylə məşq etmirdi. Niyə belə olduğunu yəqin ki Sergey özü cavab verməlidir”.
Bəzi azarkeşlər zarafatla deyirdilər ki, Qridinin millimizə qarşı uğurlu çıxışı onda geydiyi qeyri-adi, nadir butslularla bağlıdır. Bu, "Lotto" firmasından ipsiz model olan "Gravity" idi. Beranekin buna belə cavab verib: "Bəli, butsular yaxşı, qeyri-adi idi. Ancaq inanın ki, məsələ heç də gözəgəlimli butsularda deyildi".