Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-17) ukraynalı həmyaşıdları ilə ikinci yoldaşlıq görüşü də uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, Təbriz Həsənovun baş məşqçisi olduğu komandamız Bakı Olimpiya Stadionunda keçirilən matçda bu dəfə 0:1 hesabı ilə məğlub olub. Bu 2 yığma arasında ilk oyun 2 gün öncə baş tutmuşdu. Onda ukraynalılar 2:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə hazırlaşan U-17 yığmamız ötən həftə Bakı Olimpiya Stadionunda rusiyalı həmyaşıdları ilə 2 dəfə üzləşmişdi. İlk matçda darmadağın olunan (1:5) millimiz ikinci oyunda 1:0 hesabı ilə qalib gəlmişdi.