"Zirə"nin futbolçusu Nelson Bonilya Salvador yığmasını məğlubiyyətdən xilas edib. Sportnet.az-ın məlumatına görə, Hondurasla DÇ-2018-in seçmə qrup matçında 26 yaşlı hücumçu meydana start heyətdə daxil olub.
Sonadək meydanda olan Bonilya komandası 1:2 hesabı ilə geridə ikən 88-ci dəqiqədə bərabərlik qolunu vurub. 2:2 hesablı qələbə sayəsində Salvador həm seçmə mərhələdə yer aldığı A qrupunda qol hesabını açıb, həm də xallarını 2-yə çatdıraraq, Hondurası yenə özündən bir xal geridə qoyub. Meksika 9 xalla qrup lideri, iyunun 3-də Azərbaycanla yoldaşlıq görüşü keçirəcək Kanada isə 4 xalla 2-cidir.














































































