1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Media Komitəsi üzvləri və şərtlərini açıqladı
Aprelin 5-də AFFA yanında Media Komitəsinin (MK) növbəti iclası keçirilib.Sportnet.az-ın məlumatına görə, iclasda MK-ya üzvlüklə bağlı müraciətlərə baxılıb və səsvermə nəticəsində aşağıda adı çəkilən qəzet və saytlar üzvlüyə qəbul olunub:
1. Çempion
2. Futbol+
3. Het-trik news
4. Olimpiya dünyası
5. Azerisport.com
6. Rekord.az
7. Sportline.az
8. Futbolmedia.az
9. Sportbox.az
10. Futbolplanet.az
11. Newsport.az
12. Sportal.az
13. Futbolpress.az
14. Apasport.az
15. Sportarena.az
16. Qol.az
17. Komanda.az
18. Olimpiya.az
19. Futbolxeber.az
20. Sportnet.az
21. Korner.az
22. Idmanxeber.com
23. Sportmedia.az
24. Extratime.az
25. Sportinfo.az
26. Supersport.az
27. DSport.az
28. Avrofutbol.com
29. Futbol11.az
Aşağıda adı göstərilən daha 7 sayt üçün 3 aylıq sınaq dövrü müəyyənləşib. Yəni MK qarşıdakı aylarda bu saytların xəbər istehsalı və operativlik sahəsində fəaliyyətini izləyərək qərar verəcək.
1. olimpsport.az
2. millimiz.az
3. futsal.az
4. news-goal.com
5. allsport.az
6. sportfm.az
7. olimpnews.az
İclasda 10 layihə istiqaməti və layihələrin qəbulu üzrə əsas şərtlər də müəyyənləşib. Beləliklə, ilin ikinci rübü, yəni aprel-iyun aralığı üzrə nəzərdə tutulan ilk layihənin istiqamətləri aşağıdakılardır:
1. Ölkədaxili yarışların (çempionat, kubok, futzal) ən yaxşı şəkildə işıqlandırılması
2. U-17-lər arasında Avropa çempionatı: inkişaf üçün yeni pəncərə
3. Azərbaycan çempionatı, kuboku və yığması ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması
4. İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması (məsələn, son 10 ildə hansı klub futboldan pul qazanıb?)
5. Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar
6. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
7. Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?
8. Olimpiada: Azərbaycan üçün "idman ölkəsi” imicini təsdiqləmək imkanı
9. Cüdo üzrə "Böyük Dəbilqə” turniri
10. Veloidman: həm idman, həm də sağlam həyat tərzi
Maliyyə yardımının şərtləri:
- layihə müsabiqə istiqamətlərdən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 1500 (min beş yüz) manat müəyyən olunur.
Hər KİV maksimum iki layihə təqdim edə bilər. 10 istiqamətin hər biri üzrə iki qalib elan olunacaq.
Sənədlər aprelin 8-dən 20-dək, rəsmi iş günləri saat 10.00-dan 18.00-a qədər AFFA-da qəbul olunur.
Ərizə MK-nın təsdiq etdiyi formada, müvafiq əlavələrlə, çap variantında təqdim olunmalı və MK-da qeydiyyatdan keçməlidir.
Aşağıdakı media qurumlarının müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşənlər;
- haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- başqa ölkələrin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında başqa ölkələrin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar.