17 yaşadək futbolçulardan ibarət Belçika yığmasının baş məşqçisi Tyerri Sique komandanın Bakıda keçiriləcək Avropa çempionatındakı rəqiblərini dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, o, Belçikanın asan qrupa düşmədiyini deyib.
B.Broveys çətin qrup buna baxmayaraq, qrupdan çıxacaqlarına inandığını bildirib: "Belçikanın işi asan olmayacaq. Azərbaycan yığmasına qarşı oynamamışıq. Ona görə də Azərbaycan haqda dəqiq bir söz deyə bilmərəm. Onların gücünü oyunda biləcəyik. Ümumiyyətlə, turnirdəki bütün oyunlar çətin olacaq. Amma biz bu qrupdan çıxacağıq. Növbəti mərhələyə yüksələcək ikinci komandanın adı bizim üçün maraqsızdır. Amma Azərbaycan millisinə qarşı oynamaq da asan olmayacaq. Çünki komandanızın güclü dəstəyi olacaq".