Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, turda heç-heçə qeydə alınmayıb.
İlk 3 oyun bürünc medal uğrunda aparan "Kəpəz", "Qəbələ" və "İnter"in sfərdə böyükhesablı qələbələri ilə nəticələnib. Xüsusilə "Zirə"nin evdə darmadağın olunması gözlənilməz olub.
Sonrakı 2 matç isə meydan sahiblərinin qələbələri ilə bitib. Gözlənildilyi kimi, "Qarabağ" "Sumqayıt"ı məğlub edib. Premyer Liqada "Əlincə Arena"da keçirilən ilk matçda isə eb sahibi olan "Neftçi" Avropa Liqasına vəsiqə verən 6-cı pillə uğrunda mübarizədə rəqibi AZAL-ı yenib.
Azərbaycan Premyer Liqası, XXXIII tur
"Zirə" – "Qəbələ" - 0:3
Qol: Rafael Santos, 25. Ermin Zets, 47; 79
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. Zirə İdman Kompleksinin stadionu
"Xəzər Lənkəran" – "Kəpəz" - 0:3
Qol: Kərim Diniyev, 42; Julyen Ebah, 49. Orxan Əliyev, 79
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Xəzər Lənkəran" mərkəzi stadionu
"Rəvan" – "İnter" - 0:4
Qol: Abbas Hüseynov, 23. Mirsahib Abbasov, 43, 56, Nizami Hacıyev, 90
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "Bayıl Arena"
"Qarabağ" – "Sumqayıt" - 1:0
Qol: Əfran İsmayılov, 40
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov