AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Avropa çempionatındakı növbəti oyununu canlı izləyir. Sportnet.az-ın məlumatına görə, Abdullayev hazırda "Bakcell Arena"dadır.
O, Şotlandiya ilə qarşılaşma tamaşa edəcək.
Qeyd edək ki, Rövnəq Abdullayev daha öncə millimizin Portuqaliya (0:5) və Belçika (1:1) ilə qarşılaşmalarını da canlı izləyib.