Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Dik Advokat kayerasını Hollandiyada davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, o, Hollandiya yığmasına baş məşqçi Danni Blindin köməkçisi vəzifəsində çalışacaq.
Hollandiya D.Advokat üçün yad komanda deyil. 69 yaşlı mütəxəssis 1984-1987 və 1991-1992-ci illərdə adı çəkilən komandada baş məşqçi köməkçisi vəzifəsində işləyib. O, 1992-1994 və 2002-2004-cü illərdə isə Hollandiyanın baş məşqçisi olub.
D.Advokatın yığma komanda ilə ən böyük uğuru 2004-cü ildə olub. Həmin dönəmdə Hollandiya Avropa çempionatında 4-cü yerə sahib çıxıb.