Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatında son 1/4 final oyunları bu gün keçiriləcək. Sportnet.az-ın məlumatına görə, qalan 2 yarımfinalçının adları İspaniya - İngiltərə və İsveç - Hollandiya matçlarında müəyyənləşəcək. Hər 2 görüş "Bakcell Arena"da olacaq.
Əvvəlcə meydana D qrupunun qalibi İspaniya ilə C qrupunun ikincisi İngiltərə çıxacaq. Matçı Skandinaviya təmsilçisi Sveyn-Erik Edvartsen idarə edəcək. Elə digər matç da skandinaviyalı FİFA referisinə - finlandiyalı Ville Nevalaynenə həvalə olunub. O, C qrupunun lideri İsveçlə D qrupununda 2-ci yeri tutan Hollandiya arasında oyunun baş hakimi olacaq.
Xatırladaq ki, ilk yarımfinalçılar Portuqaliya və Almaniya yığmaları olublar. Portuqaliya İsveç - Hollandiya, Almaniya İspaniya - İngiıtərə cütünün qalibini gözləyir.
15 may
16:00. İspaniya - İngiltərə - 1:0
Qol: Fransisko Qarsia, 11
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)
"Bakcell Arena" stadionu
20:00. İsveç - Hollandiya - 0:1
Qol: Tahit Çonq, 62
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
"Bakcell Arena" stadionu