
Azərbaycan futbolçu Samir Məsimov Sloveniya çempionatında "fərqlənib". Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi cari mövsümdə şərəfini qoruduğu "Domjale"nin bu turda "Celje"yə 0:3 hesabı ilə məğlub olduğu ev oyununun 47-ci dəqiqəsində meydandan qovulub. Məsimov birbaşa qırmızı vərəqə alıb və həmin anda komandası hesabda 0:2 geridə olub. Azlıqda qalan meydan sahibləri daha bir qol buraxaraq böyük hesabla uduzublar - 0:3.
Sona 1 tur qlamış 54 xalla 3-cü yerdə olan "Domjale"nin bürünc medalçı olması artıq dəqiqləşib.