1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Heç bir baş məşqçi danışıq apardığı komandanın oyununa getməz"
Rusiyanın "Torpedo" klubunun baş məşqçisi Valeriy Karpin "Kuban"a baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis heç bir komanda ilə danışıq aparmadığını bildirib.
O "Kuban" - "Dinamo" matçını stadiondan izlədikdən sonra bunları deyib: "Anlamıram ki, bizə stadiona getmək olmaz? Sadəcə olaraq oyun izləməyə gəlmişəm. Mənim "Kuban və ya "Dinamo" haqda hansısa marağım olsa, oyuna gəlməzdim. Bunu başa düşmək belə çətindir? Heç bir baş məşqçi danışıq apardığı komandanın oyununa getməz".
Qeyd edək ki, Karpin ötən ilin iyulundan "Torpedo"ya rəhbərlik edir.