Futbol üzrə Makedoniya milli komandasının mayın 29-da Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Sportnet.az-ın Makedoniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi İqor Angelovski 21 oyunçuya dəvət göndərib.
Onların arasında "Qarabağ"da çıxış edən yarımmüdafiəçi Muarem Muarem yoxdur:
Qapıçılar: Stole Dimitrievski ("Qranada”, İspaniya), İqor Aleksovski ("Makedoniya”);
Müdafiəçilər: Leonard Juta, Stefan Ristovski (hər ikisi "Riyeka”, Xorvatiya), Kire Risteski ("Vaşaş", Macarıstan), Vançe Şikov ("Austriya”, Avstriya), Darko Velkovski ("Vardar”), Qyoko Zaykov ("Şarlerua”, Belçika), Eqzon Beytulai ("Şkendiya”);
Yarımmüdafiəçilər: Maryan Radeski, Ferhan Hasani (hər ikisi "Şkendiya”), Deyan Peşevski ("Podbrezova”, Slovakiya), Enis Bardi ("Uypeşt”, Macarıstan), Boban Nikolov ("Vardar”), Boyan Naydenov ("Rabotniçki”), David Babunski ("Srvena Zvezda”, Serbiya), Nikola Georgiyev ("Qrasshoppers”, İsveçrə);
Hücumçular: Qoran Pandev ("Cenoa”, İtaliya), İvan Triçkovski (AEK, Kipr), Aleksandar Traykovski ("Palermo”, İtaliya), İliya Nesterovski ("İnter” Zaqreb, Xorvatiya).
Qeyd edək ki, Makedoniya millisi mayın 23-də bir araya gələcək. Bu komanda Azərbaycanla oyunun ardından - iyunun 2-də Skopyedə İranla yoldaşlıq görüşü keçirəcək.