
"Xəzər Lənkəran" klubunun yeni baş məşqçisi yaxın 10 gün ərzində müəyyənləşəcək. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Nadirovun sözlərinə görə, hələlik namizədlər arasından seçim aparılır. O bildirib ki, mümkün variantlar arasında Mirça Rednikin də adı var. Klub rəsmisi yeni baş məşqçi təyin olunduqdan sonra komandanı tərk edəcək futbolçuların adlarına aydınlıq gələcəyini də əlavə edib.