"Bu gün çempionatda maraqlı vəziyyət yaranıb, üç komanda bürünc medallara iddialıdır. Hər üç klub da mübarizəni sona kimi davam etdirir". məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün son oyunu üçün fikirlərini bildirən Ş.Diniyev bürünc medal uğrunda keçiriləcək "Kəpəz" – "Qəbələ" və "İnter" – "Zirə" oyunlarının vacibliyindən danışıb: "Biz meydançaya üç xal üçün çıxacağıq. Nəyə nail olacağımızı oyun göstərəcək. Mövsümün sonuncu görüşü olmasına baxmayaraq komanda rəqibə qarşı əzmlə, məsuliyyətlə mübarizə aparacaq".
Qeyd edək ki, mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qəbələ" matçı saat 17:00-da başlayacaq.