"Rəvan"ın baş məşqçisi Bəhmən Həəsnov "Xəzər Lənkəran"la oyunadn sonra mətbuat konfransı keçirib. Sportnet.-az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk olaraq matçı dəyərləndirib.
- Uzun bir yol keçdik. "Xəzər Lənkəran"dan böyük xal fərqi ilə geridə olsaq da, sonda onu qabaqladıq. Premyer Liqada qalmağa görə şadam. Klub rəhbərliyini, bütün "Rəvan"sevərləri təbrik edirəm. Mənə bu postu etibar etdiklərinə görə, rəhbərliyə təşəkkür edirəm. Bir daha belə "Rəvan" görməyəcəksiniz. Qismət olsa, daha güclü komanda görəcəksiniz. Çox həyəcanlıyam, sevincliyəm. Rəqib qapımıza 2 zərbə vurdu, 2-si də də qoldu. Hər bir baş məşqçi buna görə stress keçirir. Açığı, rəqibimiz "Xəzər Lənkəran" olmasaydı, Premyer Liqada qalmaq işimiz çox çətin olacaqdı.
- Bir əməkdar məşqçi kimi penalti epizodunu necə şərh edərdiniz?
- Mən penalti epizodunu görmədim. Fikrim oyunda idi. Bir də gördüm ki, hamı penalti qışqırır. Udanda hakimi tərfiləyim, uduzanda onu tənqid edim? Bu, düzgün olmazdı. Videoyazıya baxandan sonra suala cavab verə bilərəm.
- Güclü "Rəvan" Premyer Liqada olacaq, yoxsa?
- Bizim Premyer Liqda oynamaq istəyimiz olmasaydı, heç bu matçda çıxmazdıq. Biz qalmaq məsələsini hələ "Sumqayıt"la oyunda həll etmək istəyirdik. Bu günə saxlamaq fikrimiz yox idi. Mən istədiyim futbolçuların siyahısını 10 gün öncə rəhbərliyə təqdim etmişəm. Məni mayın 1-də Gənclər və İdman Nazirliyinə çağırıb "Əməjdar məşqçi" adını veriblər. Bundan sonra mətbuata açıqlama verdim. Fəxr edirəm ki, həm "Əməkdar məşqçi"yəm, həm də Premyer Liqada qaldıq. Bizə tapşırıq verilmişdi ki, oyunumuzla "Xəəzr Lənkəran"dan öndə olaq. Növbəti mövsüm üçün heyətimizi 80 faiz formalaşdırmışıq.
- Kimlərlə maraqlanmısınız?
- Amit Quluzadə, Ağabala Ramazanov və bir neçə futbolçu ilə maraqlanırdıq. Ancaq məlum oldu ki, bir çoxlarının klubları ilə müqaviləsi var. Bir sıra yerli futbolçularla danışmışıq. Azərbaycanda oynayan legionerlərdən də heyətimizdə görəcəksiniz. Bəzi futbolçularla yollarımızı ayıracağıq. Yasin Həmid aşağı məbləğdə oynasa da, ondan razıyıq, oyundan-oyuna artır. Onunla yeni müqavilə imzalamışıq. Həmidin sabaha bileti var, vətəninə gedir.
- Rəşad Əzizli iddialı klubların maraq dairəsindədir. Onu saxlaya biləcəksiniz?
- Rəşadı bir sıra qapçılardan perspektivli sayıram. Onu Kazbek Tuayevin məktəbinin yetirməsi olduğu vaxtdan tanıyıram. Atasını da yaxşı tanıyıram. Rəşad ən böyük səhvi bugünkü oyunda etdi. Qışdan bu yana zəhmətimiz hədər gedə bilərdi. "Qarabağ" bizə ilk hissədə 5 qol vura bilərdi. Ancaq bunun olmamağında Rəşadın xidmətləri oldu. İstərdim ki, Əzizli stabil oynasın. O, millinin qapısında durmağa layiqdir. Çünki mövsümün ikinci yarısında demək olar ki, bütün oyunlarda çıxış edib.