
"Kəpəz" klubu 2 futbolçusu ilə müqavilə müddətini artırıb. Bu barədə Sportnet.az-a klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, litvalı qapıçı Tadas Siamitis və kamerunlu hücumçu Julian Ebahla müqavilə müddəti 1 illik artırılıb. Digər futbolçuların taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Bundan başqa Dario Federiko da komandada qalacaq. 25 yaşlı yarımmüdafiəçi 2016/2017 mövsümünün sonunadək "Kəpəz"in uğurları üçün çalışacaq.
Qeyd edək ki, hələlik 3 futbolçu - müdafiəçi Tərlan Quliyev, yarımmüdafiəçilər Xəzər Qəribov və Namiq Ələsgərov Gəncə klubunu tərk edib.