
Azərbaycanlı qapıçı Emil Balayevin çıxış etdiyi Almaniyanın "Ayntraxt" klubu növbəti mövsümü də Bundesliqada keçirəcək. Sportnet.az-ın məlumatına görə, aşağı dəstəyə düşmə zonasında yerləşən komanda elitada qalmaq üçün "Nürberq"lə qarşılaşıb.
İlk görüşdə evdə 1:1 hesablı heç-heçə edən Frankfurt təmsilçisi səfərdə keçirdiyi cavab qarşılaşmasından qalib ayrılmağı bacarıb - 1:0. İki oyunun nəticəsinə əsasən "Ayntraxt" yeni mövsümü də Bundesliqada keçirəcək.
22 yaşlı qapıçı bu görüşlərdən heç birində "18-liy"ə salınmayıb.
Qeyd edək ki, sonuncu klubu "Neftçi" olan Emil Balayev 2014-cü ilin dekabrında "Ayntraxt"la 3 illik müqavilə bağlayıb.