
AFFA-nın İntizam Komitəsi "Xəzər Lənkəran" klubunu 7000 manat cərimələyib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün sonuncu - XXXVI turunun "Rəvan" – "Xəzər Lənkəran" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ziyana düşüb.
Oyunun 73-cü dəqiqəsində "ağ-yaşıllar"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi kluba 1000 manata başa gəlib. Oyunun 83-cü dəqiqəsində klub rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub. Quliyevin hakimləri təqhir etməsinə səbəb son turda "Rəvan"la Premyer Liqada qalmaq uğrunda gedən oyunda referi Ramil Dİniyevin olmayan penaltini təyin etməsidir.
Qaşrılaşmanın 78-ci dəqiqəsində isə "Rəvan" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılması kluba 2000 manat ziyan vurub.