"İnter” klubu heyətlə bağlı dəyişikləri ilə diqqət çəkməkdə davam edir. Sportnet.az-ın məlumatına görə, əsas dəyişiklərdən biri qapı xətti ilə bağlıdır.
Müqaviləsi bitən Kamran Ağayevlə Elşən Poladovun gedişi nəzərdə tutulub. Ancaq onlardan fərqli olaraq, gürcüstanlı qapıçı Georgi Lomaya ilə anlaşmanın uzadılması gözlənilir. "İnter” qış fasiləsində "Sumqayıt”a yollanmış Səlahəti qaytarır. Millimizin üzvü yenidən "bankirlər”in əsas qapıçısı, Lomaya isə onun əvəzləyicici olacaq.
"İnter”in gürcü legionerlərindən yalnız Laşa Salukvadzenin gedişi dəqiqdir. "Bankirlər” son mövsümü zəif keçirən, xüsusilə "Neftçi”yə 2:4 hesabı ilə uduzduqları matçda kobud səhvləri ilə yadda qalan təcrübəli müdafiəçinin xidmətində maraqlı deyil. Ancaq digər müdafiəçilər Zurab Xizanişvili və Laşa Kasradze ilə müqavilələrin artırılması gündəmdədir.
"Bankirlər” gürcü yarımümadfiəçi Nika Kvekveskri ilə də yeni müqavilə imzalayacaq. Komandanın liderlərəindən olan Gürcüstan yığmasının üzvü qalmaqda maraqlıdır. Onun Gürcüstan "Kayrat”ının gürcü baş məşqçisi Kaxaber Tsxadadzenin yanına gedəcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
"İnter” ukraynalı hücumçusu Yuri Fomenko ilə də müqaviləni uzatmayacaq. Ancaq digər əcnəbi hücumçu Sezar Mezzi Kollinin, habelə braziliyalı müdafiəçi Enis Silva Kruzunun qalması nəzərdə tutulub. Gürcü baş məşqçi Zaur Svanadze yerli futbolçulardan müdafiəçilər Ruslan Əmricanovla İlkin Qırtımov, yarımmüdafiəçi Elnur Abdullayev və hücumçu Rauf Əliyevin də xidmətində maraqlıdır. Onlarla da müqavlilələr artırılacaq. Ancaq hücumçu Vüqar Nadirov həmin futbolçular arasında olmayacaq.
Qeyd edək ki, "İnter" Avropa Liqasına vəsiqə qazansa da, UEFA onu 1 illik cəzalandırdığından turnirin qarşıdakı mövsümündə iştirak etməyəcək.