"Final oyunu əla, çox maraqlı keçdi. Üstünlük bir az "Qarabağ”da oldu. Yaxşı epizodlar yaratdı. "Neftçi” yaxşı mübarizə apardı. Nəticə oyuna görə oldu”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev "CBC Sport”a açıqlamasında deyib. O, "Qarabağ”ı ardıcıl 2-ci mövsüm Azərbaycan kubokunu qazanması münasibətilə təbrik edib: "Neftçi” də avrokuboklara, Avropa Liqasına vəsiqə qazanıb. Düşünürəm ki, komandalarımız avrokuboklarda uğurla çıxış edəcəklər”.
Başa çatan futbol mövsümünə yekun vuran AFFA prezidenti planalşdırdıqları bütün məsələləri həll etdiklərini bildirib: "Biz göylərdə uçmuruq, göylərdə quş axtarmırıq. Əssa diqqəti uşaq futbolunun inkişafına, Premyer Liqanin səviyyəsinin qalxmasına yönəltmişik. Yüksək liqada mübarizə çox səviyyəli keçdi, göəzl nəticələr oldu. Birinci liqada da mübarizə çox maraqlı oldu. Keçən mövsüm komandalarımız avrokuboklarda yaxşı çıxış etdilər. Qrup mərhələsində təmsil olunmağa öyrəşmişik. Birdən-birə iki komandamızın qrupda olması gözəl nəticə idi. Biz "Avro-2020"yə nəticə qazanmaq üçün gedirik”.