O, yaxın adamları vasitəsilə "qara-qırmızılar"a xəbər göndərib. Lakin "Qəbələ" rəhbərliyi Qurbanovun lazımi formada olmadığını əsas gətirərək, həmin mövqeyə "İnter"dən ayrılan Ruslan Əmircanovu cəlb edib.
Amma Qurbanov Sportnet.az-a açıqlamasında belə xəbərləri təkzib edib. Əksinə, o, yaxın günlərdə "Qarabağ"la yeni müqavilə bağlayacağını bildirib: "Mən heç bir klubla danışıq aparmamışam. Heç başqa komandalardan təklif də olmayıb. Əvəzində "Qarabağ" rəhbərliyi ilə yeni müqavilə məsələsində razılığa gəlmişəm. Yaxın günlərdə anlaşma rəsmiləşəcək. Əsas heyətə düşməməyimə gəldikdə, bunun üçün çalışacaq və əlimdən gələni edəcəyəm".