"İnter” daha bir legioneri ilə yollarını ayırıb. Bu haqda Sportnet.az-ın məlumat verən komandanın seleksiyaçı məşqçisi Zaur İsmayılov Laşa Kasradze ilə vidalaşdıqlarnı bildirib. Müqaviləsi bitən 27 yaşlı gürcü müdafiəçi ilə anlaşmanın uzadılmamağı daha məqsədəuyğun sayılıb.
Bununla da "İnter”də adaş gürcü müdafiəçilərin hər ikisini növbəti mövsümdə görə bilməyəcəyik. Çünki Laşa Salukvadzenin getdiyini daha öncə yazmıdşıq.
Salukvadzedən fərqli Kasradze "İnter”dən öncə də Azərbaycanda oynayıb. Belə ki, o, AZAL-ın şərəfini qoruyub. Zaur Svanadze ötən yay "İnter”in baş məşqçisi olandan sonra Kasradze komandaya dəvət olunub.
Əsas heyətə heç də həmişə düşməyən Laşanın gedişi gözlənilən idi. Çünki "İnter" müdafiənin mərkəzinə "Xəzər Lənkəran”ın rumıniyalı sabiq futbolçusu Manuel Adrian Skarlatakeni gətirib. Üstəlik, uzun illərdir ölkəmizdə oynayan braziliyalı müdafiəçi Denis Silva Kruzla müqavilə uzadılıb.
Xatırladaq ki, "İnter” legionerlərindən ukraynalı hücumçu Yuri Fomenko ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

















































































