1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında 19 oyunun vaxtı dəyişdirilə bilər
Braziliyalı futbolçuların Həmkarlar İttifaqı (Hİ) FİFA-dan dünya çempionatının oyunlarının günün ən isti saatlarında oynanılmasına qadağa qoymağı tələb edib. Sportnet.az "Universal”a istinadən xəbər verir ki, söhbət Fortaleza, Resifi, Natal, Salvador, Manaus, Juyaba və Brazilia şəhərlərindən gedir.
Həmin şəhərlərdə havanın hərarəti 30 dərəcədən yüksək olur və rütubət də normadan xeyli aşır. Hİ-nin rəyinə görə bu cür şəraitdə futbol oynamaq oyunçulara ciddi nevroloji problemlər yarada, hətta ölümlə nəticələnə bilər.
Qeyd edək ki, əgər FİFA bu tələbə müsbət cavab versə, ali futbol qurumu 19 oyunun başlanma saatının vaxtını dəyişdirmək məcburiyyətində qalacaq.