Portuqaliyanın "Benfika" klubunun futbolçusu Nikolas Qaytan İspaniya "Atletiko"suna keçib. Sportnet.az-ın Madrid təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, argentinalı yarımmüdafiiəçi yeni komandasına Amerika Kubokundan sonra qoşulacaq.
Müqavilənin müddəti və maddi tərəfləri barədə açıqlama verilmir.
Qeyd edək ki, Nikolas Qaytan ötən mövsüm Portuqaliya çempionatında 25 oyuna 4 qol vurub.















































































