
Kriştianu Ronaldu kapitanı olduğu Portuqaliya milli komandasının yeni rekordçusu olub. Sportnet.az-ın məlumatına görə, AVRO-2016-da Avstriya yığması ilə hazırda davam edən matçda əsas heyətdə meydana çıxan 31 yaşlı hücumçu oyun sayında 1-ci yerə yüksəlib.
O, millisinin əfsanəvi futbolçusu, sabiq kapitanı Luiş Fiqunu keçib. Fiqu 127 oyunda 32 qol vurub.
Ronaldunun hesabında 128 matç var ki, bunlardan 3-nü Azərbaycan millisinə qarşı keçirib. O, 127 oyunda 58 qol vurub. Ronaldu ilk dəfə milliyə 2003-cü ildə çağırılıb.