"Neftçi” klubu fiziki hazırlıq üzrə məşqçi ilə müqavilə imzalayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, ispaniyalı Fransisko Navarrodur.
1989 - 1994-cü illərdə Qranada Universitetinin "Bədən Tərbiyyəsi və İdman” fakültəsində təhsil almış 46 yaşlı mütəxəssis 1995/96-cı illər mövsümündə "Rekreativo” klubunda çalışıb. 1999 - 2002-ci illərdə "Albasete” klubunda fəaliyyət göstərmiş Navarro 2005 - 2007-ci illərdə "Deportivo”nun uğurları üçün çalışıb. O, 2007-ci ildə "Atletik”ə keçib və ardıcıl 4 mövsüm bu klubda işləyib.
Məlum olduğu kimi, Bilbao təmsilçisinin heyətində hər zaman əsasən yerli futbolçular çıxış edib. Az sayda legionerin çıxış etdiyi "Atletik” klubunun futbolçularının əksəriyyəti klubun öz yetirmələri olub. Fiziki hazırlıq üzrə məşqçi Navarro ilə müqavilə bağlanarkən də məhz bu amilə xüsusi diqqət yetirilib. İspaniyalı mütəxəssis yerli futbolçuların yetişdirilməsində və inkişafında böyük təcrübəyə malikdir.