"Qarabağ" klubunun sabiq futbolçusu Raydell Pupon Türkiyənin "Boluspor" klubu ilə müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, tərəflər 2 illik müqaviləyə qol çəkib.
29 yaşlı hollandiyalı futbolçu açıqlamasında "Boluspor"la müqavilə imzaladığı üçün xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki, Pupon 2015-ci ildə "Qarabağ"a transfer olub və daha sonra Hollandiyanın "Roda" klubuna üz tutub.









































































