AVRO-2016 ilə bağlı növbəti həbs olub. Sportnet.az-ın məlumatına görə. bu dəfə həmin olay final mərhələsinin keçirildiyi Fransada yox, Belçikada baş verib.
Məsələ ondadır ki, bu ölkədə 2 nəfər çempionatın oyunlarının ictimai yerlərdə yayımı zamanı terror hazırlamaqda şübhəli bilinib. Onlar Belçikanın Valloniya regionunda tutulublar. Şübhəlilərdən biri özünü iyunun 26-da keçiriləcək Belçika - Macarıstan 1/8 fiinal oyununun nümayişi zamanı partlatmağı planlaşdırırmış.









































































