Avropa Liqasının I təsnifat mərhələsində hazırda davam edən "Kəpəz" - "Daçiya" oyununda qeyri-adi mənzərə yaşanmaqdadır. Sportnet.az-ın məlumatına görə, qonaqların futbolçusuna baş məşqçi əvəzinə klub prezidenti Adlan Şişxanov göstəriş verir.
O, texniki zonada ayaq üstə hər xırda məqama emosional formada reaksiya verir. Hətta o, epizodların birində havaya təpik də atıb. Baş məşqçi Oleq Bejenar isə texniki zonada sakit-səssiz əyləşib.
Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.










































































