1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Manuel Noyer: "Karyeramda belə uzun penalti seriyası olmamışdı"
"Karyeramda hələ belə uzun penalti seriyası olmamışdı. Fikrimcə, italyanlar əsasən mərkəzə zərbə vurdular". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Almaniya yığmasının qapıçısı Manuel Noyer bildirib. AVRO-2016-da İtaliya yığması ilə 1/4 final matçının (1:1, penaltilərlə 6:5) əsas qəhrəmanı olan qolkiper təəssüratlarını bölüşüb: "Bir az bəxtimiz gətirmədi ki, əsas vaxtda qol buraxdıq. Ancaq mənə elə gəlir ki, biz rəqibi üstələyirdik və yarımfinala layiqli vəsiqə qazandıq".
Noyer bildirib ki, onun üçün oyunsonrası penaltilər sonsuz gəlirmiş: "Nadir hallarda belə çox zərbələr olur. Əsl drama idi! Biz İtaliyaya nə əsas, nə də əlavə vaxtda qalib gələ bildik. Hardasa bəxtimiz gətirmədi. Penaltilər seriyası isə bu duelin necə olduğunu göstərdi. Əsl əsəblərin savaşı idi. Mən 11 metrlik cərimə zərbələrinə haızrlaşırdım. Ancaq italyanlar adətən vurduqları istiqamətlərə vurmurdular".