"Mançester Yunayted" "Qalatasaray"la yoldaşlıq görüşü keçirəcək. Sportnet.az-ın məlumatına görə, bu haqda İngiltərə klubunun rəsmi saytı xəbər verib. Komandanın portuqaliyalı yeni baş məşqçisi Joze Mourinyo ona Çempionlar Liqasından yaxşı tanış olan "Cim Bom"la sınaq matçını keçirməyi məqsədəuyğun sayıb.
Həmin oyun bu ayın 30-da İsveçin Höterborq şəhərində keçiriləcək. Vətənindəki bu matçadək isə "Mançester Yunayted"in isveçli yeni transferi Zlatan İbrahimoviçi Çinə səfər gözləyir. Mançesterlilər orada həmşəhərliləri "Mançester Siti" və Dortmund "Borussiya"sı ilə yoldaşlıq görüşləri keçirəcək.