1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin sabiq baş məşqçisi: "İslandiya yığması əla nümunədir"
"Qəbələ"nin rusiyalı sabiq baş məşqçisi Yuri Syomin AVRO-2016-da son 1/4 final matçları haqda düşüncələrini bölüşüb. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis erkən final adlandırılan Almaniya - İtaliya matçının onda yüksək təəssürat oyatdığını bildirib.
Syomin bunu ilk növbədə futbolçuların meydanda konsentrasiyası ilə əlaqələndirib: "Eyni zamanda hər iki komandanın baş məşqçilərinin göstərişlərini dəqiq yerinə yetirməsi diqqətimi çəkdi. İtalyanlar yaxşı hazırlıq nümayiş etdirdilər, hesabı bərabərləşdirə bildilər. Hərçənd, müdafiə futbolu oynayırlar. Son dəqiqələrədək yüksək gərginlik hsis olundu. Yəqin ki, alamanları qələbəsi daha ədalətli idi".
Rusiyalı çalışdırcının firkincə, bugünkü Fransa - İslandiya matçı heç də az maraqlı olmayacaq: "Heç kim islandlardan belə futbol gözləmirdi. Komanda təşkilatlanmışdır, futbolçularında əzmkarlıq hiss olunur. Fransa yığmasıda ayrıqlıda çoxlu güclü futbolçu var. Ancaq İslandiya təşkilatlanmış yığmadır. Adalılar əla nümunədir. Onlar biz hamımıza göstərirlər ki, qısa müdətdə necə tam başqa, keyfiyyətli futbol oynamağı öyrənmək olar".