1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016-da yeni bombardir və 100-cü qol
AVRO-2016-da yeni bombardir müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Fransa yığmasının hücumçusu Antuan Qrizmann ən sərrast oyunçular siyahısında vahid liderliyə yüksəlib. "Atletiko Madrid"in hücumçusunun hesabında artıq 4 qol var.
Qrizmann hazırda davam edən İslandiya ilə 1/4 final matçında fərqlənməklə həm önə keçib, həm də hazırkı final mərhələsində 100-cü qolun müəllifi olub. Bunadək Antuan Qaret Beyl (Uels) və Alvaro Morata (İspaniya) birgə şərikli bombardir idi. Məlum olduğu kimi, ispanlar turnirdə çıxışını 1/8 finalda bitirib. Uels isə yarımfinalda olduğundan, Beylin qol sayını artırmaq imkanı var. Fransızların digər futbolçuları - Dmitri Payetlə Olivye Jiru İslandiyanın qapısına yol tapıb və onların da hesablarında artıq 3 qol var.
Xatırladaq ki, Qrizmann qol hesabını qrup mərhələsində son turda Albaniya ilə matçda (2:0) açıb. O, sonradan 1/8 finalda İrlandiya ilə görüşdə dubl etməklə yığmasına 2:1 hesablı əzmkar qələbə qazandırıb. Görünüdüyü kimi, Qrizmann ardıcıl 3 matçdır meydanı qolsuz tərk etmir.