Fransa - İsalndiya matçı AVRO-2016-da ən məhsuldar oyun olub. Sportnet.az-ın məlumatına görə, həmin 1/4 final matçında 7 qol vurulub. Fransızlar rəqibini 5:2 hesabı ilə məğlub edir.
Bunadək ən qollu matç qrup mərhələsinə təsadüf edib. Söhbət iyunun 22-də keçirilən Macarıstan - Portuqaliya görüşündən gedir. Qrup mərhələsinin son turunun həmin qarşılaşmasında qapılardan 6 top keçib - 3:3.