AVRO-2016-da Fransa - İslandiya matçından sonra qan tökülüb. Sportnet.az-ın məlumatına görə, futbol azarkeşi Paris küçələrinin birində iki bıçaq yarası olub. Bu olay məhz son 1/4 final matçından sonra baş verib.
Həmin 25 yaşlı adam ingilis polis olub. O, Fransa paytaxtına həyat yoldaşı ilə istirahət məqsədilə gəlib və İslandiya yığmasını həmin oyunda dəstəkləməyi qərara alıb. Xəsarət alan tez xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun həyati təhlükəsi yoxdur.
Bildirilir ki, zərərçəkənə hücum mübahisə nəticəsində olub. Hücum edən tutularaq psixi müayinəyə aparılıb.