1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016-nın finalını idarə etməyə iki namizəd
AVRO-2016-da final oyununun baş hakimi olmağa namizədlər açıqlanıb. Sportnet.az saytının məlumatına görə, bunlar ingiltərəli Mark Klattenburqla macarıstanlı Viktor Kaşşaididr
Bu haqda tanınmış "The Telegraph” nəşri məlumat yayıb.
Klattenburqun iyulun 10-da keçiriləcək final matçını idarə etməsi üçün sabah keçiriləcək ilk yarımfinalda Uelsin Portuqaliyaya uduzması lazımdır. Məlum olduğu kimi, İngiltərə ilə Uels Böyük Britaniyanı təmsil edir. Düzdür, britaniyalı hakimin Böyük Britaniya ölkəninin matçını idarə etməsi ilə bağlı rəsmi qadağa yoxdur. UEFA da İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanı ayrı-ayrı ölkələr saysa da, belə təyinatların olmamasına çalışır. Bu da maraqların toqquşmasıyla, mümkün münaqişədən qaçmaqla bağlıdır.
Uels finala çıxarsa isə baş hakimin Kaşşai olacağı gözlənilir. Finala digər namizədlər olan italiyalı Nikola Rizzoli ilə isveçli Yunas Eriksson artıq yarımfinala təyinat aldıqlarından, finalda idarəçilik edəcəkləri real deyil. Üstəlik, Rizzoli son dünya çempionatının finalının baş hakimi olub.