"Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun bu gün ad günüdür. Sportnet.az-ın məlumatına görə, veteran futbolçunun 63 yaşı tamam olur.
Azarkeşlərin "Jiqulu” ləqəbi verdiyi yarımmüdafiəçi "Neftçi”nin tarixində ən çox oyun keçirən 3-cü futbolçudur. O, 1972-1984-cü illər ərzində 393 rəsmi matçda meydana çıxıb, 22 qolun müəllifi olub.
"Neftçi" Səməd Qurbanovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür arzulayır. Sportnet.az da bu təbrikə qoşulur.