Portuqaliya milli komandasının tarixində qazandığı ilk Avropa çempionluğu dövlət başçısı səviyyəsində qiymətləndirilib. Sportnet.az-ın məlumatına görə, ölkə prezidenti Marselu Rebelu de Souza milli üzvlərini III dərəcəli Xidmət Ordeni ilə təltif edib.
O, futbolçuların uğuruna yüksək dəyər verdiyini bəyan edib: "Siz kişilik, qətiyyət və səbr nümayiş etdirməklə nümunə oldunuz".
Millinin Avropa çempionluğu hazırda Portuqaliayada ölkə səviyyəsində bayram edilir.