İngiltərə "Mançester Yunayted"inin əfsanəvi futbolçusu Rayan Giqqz gözlənilməz qərar verib. Sportnet.az-ın məlumatına görə, 43 yaşlı uelsli mütəxəssis karyerasını Hindistanda davam etdirəcək.
Giqqz bu ölkədə layihə olan "Premier Futzal"la imzaladığı 3 illik müqaviləyə əsasən futzal liqasında çıxış edəcək. O, Hindistanda bu ayın 15-dək 26-dək keçiriləcək futzal turnirində iştirak edəcək. Giqqzlə birgə yarışlarda Pol Skoulz, Deku, Miçel Salqado kimi futbol ulduzları da iştirak edəcəklər.
Xatırladaq ki, Rayan Giqqz futbolçu karyerasını bitirdikdən sonra "Mançester Yunayted"də qalıb məşqçi işləsə də, Joze Mourinyonun gəlişindən sonra doğma klubundan ayrılmağı üstün tutub.