1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA Ramil Şeydayevlə bağlı açıqlama verdi
FİFA "Zenit"dən "Trabzonspor"a keçən azərbaycanlı futbolçu Ramil Şeydayevlə bağlı açıqlama verib. Sportnet.az-n məlumatına görə, dünya ali futbol qurumu 20 yaşlı hücumçunun vətəndaşlığı dəyiməsi məsələsinə baxdığını təsdiqləyib. Bununla bağlı FİFA-nın mətbuat xidmətindən Rusiyanın İTAR TASS agentliyinə məlumat veriblər.
Bildirilir ki, AFFA-nın Şeydayevin Azərbaycan milli komandasında oynamasına icazə verilməsi ilə bağlı rəsmi müracətinə baxılır: "Biz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Ramil Şeydayevin vətəndaşlığını dəiyşməsi ilə bağlı sorğu aldıq. Bu məsələ hazırda nəzərdən keçirilir və bizim mütəxəssislər tərəfindən araşdırılır".
Xatırladaq ki, Şeydayev 16 yaşından Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarına cəlb olunub. O, 2013-cü ildə U-17-nin heyətində Avropa çempionu olub.