 
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) 2016/2017-ci il mövsümü üçün "Oyun Qaydaları" kitabçası AFFA-nın sifarişi ilə Azərbaycan dilində nəşr olunub. Sportnet.az-ın məlumatına görə, nəşr hakimlər, hakim-inspektorlar, klub nümayəndələri və digər mütəxəssislər üçün nəzərdə tutulub. Onu AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov tərcümə edib.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































