İspaniya Primerosunda yeni mövsümün püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, çempionatın ən maraqlı derbisi olan "El Klassiko"nun tarixləri müəyyənləşib.
"Real"la "Barselona" ilk dövrədə "Nou Kamp"da görüşəcək. 14-cü tur çərçivəsində Barselonadakı həmin matç bu ilin dekabrın 3-də olacaq. İkinci dövrdəki "Santyaqu Bernabeu"dakı oyun isə növbəti ilin aprelin 21-də keçiriləcək. Bu, 33-cü turun qarşılaması olacaq.
Avuqtsun 21-də start götürəcək Primeroda ilk turda "Real" "Real Sosyedad"ın qonağı olacaq, "Barselona" isə "Betis"i qəbul edəcək.







































































