Əfsanəvi futbolçu Andrey Şevçenkonun Ukrayna milli komanadsının yeni baş məşqçisi olması rəsmiləşib. Sportnet.az-ın məlumatına görə, Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin Kiyevdə Futbol Evində bu gün keçirilən iclasında təyinat reallaşıb.
Şevçenko köməkçisi olduğu baş məşqçi Mixail Fomenkonu əvəzləyib. Qurumun bütün üzvləri yedilliklə 40 yaşlı mütəxəssisə səs veriblər.
Bununla da Ukrayna millisində Andrey Şevçenko erası başlayıb. Onunla müqavilə qarşıdakı dünya çempionatının seçmə mərhəlsəinin sonunadək - 2017-ci ilin noyabrınadək imzalanıb.
Şevçenkonun rəsmi debütü sentyabrın 5-də Kiyevdə AVRO-2016-nin sürpriz iştirakçılarından olan İslandiya yığması ilə olacaq.






































































