Yeni yaradılan Səbail" klubunun əsas məqsədi gənc futbolçulara yardım etməkdən ibarət olacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun İdarə Heyətinin sədri Yusif Həsənov açıqlama verib.
O bildirib ki, komandanın qarşıdakı 3 mövsüm ərzində avrokuboklara vəsiqə qazanması gözlənilmir. Y.Həsənov oğlanlar arasında 2 yaş qrupu ilə yanaşı, qızlar komandası fəaliyyət göstərəcək.Klub rəhbəri yaxın 5 ildə yüksək zirvələrdə görmək istədiklərini vurğulayıb.
T.Həsənov isə digər klubların 18 yaşadək futbolçularını komandaya cəlb etmək üçün onlarla danışıqlara başlanılacaq: "Bu komandanın "Şəfa"dan fərqi ilk növbədə bunda olacaq. Klublar razılıq versələr, komandaya gətirəcəyik. Digər fərq isə bir neçə yaş qrupu üzrə komandamızın fəaliyyət göstərəcəyidir".
"Səbail" ev oyunlarını süni örtüklü "Bayıl Arena"da keçirəcək. T.Həsənov bütün uşaq futbolçuların, hətta "Barselona" akademiyasında belə, uşaqlar süni örtüklü meydanda oynayırlar.
Komandanın baş məşqçisi Elman Sultanov isə üzərində təzyiq olacağını, amma bunu təbii qarşılayacağını vurğulayıb. O, məqsədlərinin Premyer Liqaya vəsiqə qazanmaqdan ibarət olduğunu açıqlayıb. Sultanov məşqçilər heyətinə yaxın bir həftədə aydınlıq gələcəyini, tezliklə təlim-məşq toplanışına başlayacaqlarını söyləyib. Gənc mütəxəssis yalnız qapıçılarla işləyən məşqçinin Faiq Əzizov olacağını bildirib.