Dieqo Maradona Argentina milli komandasının boş qalan baş məşqçisi postuna öz namizədliyini irəli sürüb. Sportnet.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssis bu posta qayıtmaq üçün pulsuz işləməyə hazır olduğunu bəyan edib.
Argentina yığması Amerika Kubokunda finalda Çiliyə millisinə oyunsonrası penaltilərdə uduzandan sonra baş məşqçisi Xerardo Martino istefa verib və onu kimin əvəzləyəcəyi hələ də müəyyənləşməyib. Maradona isə məhz həmin mütəxəssis olmağa çalışır: "Əgər federasiya qərar versə ki, Argentina yığıması ilə mən işləyəcəyəm, onda maaş almayacağam".
Maradonadan başqa bu posta namizəd Marselo Byelsa, Migen Anhel Russo, Marselo Qalyardo, 1986-cı ildə futbolçu kimi birgə dünya çempionu olduğu Xorxe Buruçaqa və Neri Pumpidu var. Argentina millisi həmin vaxtdan bu yana, artıq 30 ildir mundialın qalibi ola bilmir. Maradona 2010-cu ildə dünya çempionatında Argentina millisinin baş məşqçisi olsa da, 1/4 finalda Almaniyaya 0:4 hesablı məğlubiyətdən sonra 2 il olduğu vəzifədən getməli olub.