AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb. Sportnet.az-ın məlumatına görə, assosiasiya rəsmisi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iyulun 26-da Borisov şəhərindəki eyniadlı stadionda keçiriləcək BATE (Belarus) – "Dundalk” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq. 
Hacıyev indiyədək bir neçə dəfə avrokubok matçlarında bu vəzifəni yerinə yetirib. 









                 





    
    
    
    
    
    
    
    
    

























































