Bakı "İnter”inin baş məşqçisi Zaur Svanadze Türkiyədə "Elazığspor"la heç-heçə etdikləri yoxlama görüşü barədə fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasının oyunundan razılıq ifadə edib.
Onun fikrincə, futbolçuları normal oynayıblar: "Uşaqlar mübarizə apardılar. Birinci hissədə çox yaxşı oynadılar. Qol vəziyyətləri oldu. Müdafiəçilər çox yaxşı, dəqiq oynadılar. Ona görə də, bu oyunun pozitiv alındığını hesab etmək olar".
Qeyd edək ki, növbəti oyunda "İnter"in rəqibi Gürcüstanın "Kolxeti" komandası olacaq.