Bu gün Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsi oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, bu mərhələnin 15 matçından 9-u ilk oyun günündə baş tutub. Onlar arasında həm çempionlar, həm də liqa yolunun qarşılaşmaları olub.
İlk oyun günü daha çox heç-heçələrdə yadda qalıb. Özü də "Viktoriya" - "Qarabağ" matçından fərqli digər 4 görüşdə qollu bərabərliklər olub. Ümumiyyətlə, qol vurulmayan yeganı qarşılaşma Plzendə olub. İlk oyun günü yetərincə məhsuldar alınıb və qırmızı vərəqələr də az olmayıb.
Postsovet məkanı təmsilçilərindən ÇL-də qrup təcrübəsi görən BATE ilə "Şaxtyor" evdə qələbə qazanıblar. Tiflis "Dinamo"su isə Zaqrebdən olan adaşına səfərdə uduzub. "Rostov" ÇL-də debütündə məhsuldar heç-heçə edib.
Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyunlar
26 iyul
22:00. BATE (Belarus) - "Dandalk” (İrlandiya) - 1:0
Qol: Mixail Qorrdeyçuk, 71
Baş hakim: Yevgen Aranovski (Ukrayna)
22:00. "Ludoqorets” (Bolqarıstan) - "Srvena Zvezda” (Serbiya) - 2:2
Qollar: Conatan Kafu, 43, Klaudiu Keseru, 76 - Aleksandr Katai, 48, Quelor Kanqa, 67
Baş hakim: Martin Stromberqsson (İsveç)
22:00. "Sparta” (Çexiya) - "Styaua” (Rumıniya) - 1:1
Qol: Cozef Sural, 35 - Nikolae Stanku, 75
Baş hakim: Daniel Syebert (Almaniya)
22:15. "Partizani” (Albaniya) - "Zalsburq” (Avstriya) - 0:1
Qol: Soriano, 75
Qırmızı vərəqə: Reynaldo Kalari, 73 ("Partizani", birbaşa) - Diadi Samasseku, 54 ("Zalsburq", ikinci sarı)
Baş hakim: Mikael Oliver (İngiltərə)
22:15. "Viktoriya” (Çexiya) - "Qarabağ” (Azərbaycan) - 0:0
Qırmızı vərəqə: Yan Beranek, 75 ("Viktoriya", ikinci sarı)
Baş hakim: Aleksandar Stavrev (Makedoniya)
22:30. "Rostov” (Rusiya) - "Anderlext” (Belçika) - 2:2
Qollar: Səid Ezzatolahi, 16, Dmitri Poloz, 60 - Sofian Nanni, 4, Yuri Tielamans, 57
Baş hakim: Luka Banti (İtaliya)
22:45. "Şaxtyor” (Ukrayna) - "Yanq Boyz” (İsveçrə) - 2:0
Qollar: Bernard, 27, Yevgeni Seleznyov, 75
Qırmızı vərəqə: Milan Vilotiç, 55 ("Yanq Boyz", ikinci sarı)
Baş hakim: Sərdar Gözüböyük (Hollandiya)
22:45. "Dinamo” (Zaqreb, Xorvatiya) - "Dinamo” (Tiflis, Gürcüstan) - 2:0
Qollar: Əl Ərbi Sudani, 39, Ante Coriç, 42
Baş hakim: Bobbi Madden (Şotlandiya)
22:45. "Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan) - 1:1
Qol: kasper Dolberq, 58 - Calma Kampos, 27
Baş hakim: Xavyer Estrada (İspaniya)